Qətl törədən italiyalı futbolçuya ömürlük həbs cəzası verildi – FOTO

Keçmiş sevgilisini döyərək öldürən italiyalı model və futbolçu Covanni Padovani ömürlük həbs cəzasına məhkum edilib.

İtaliyanın “Sankataldeze” klubunun keçmiş mərkəz müdafiəçisi, 28 yaşlı Padovani 2022-ci ilin avqustunda 56 yaşlı keçmiş sevgilisi Alessandra Matteussini Boloniyadakı evinin yaxınlığında təqib edib. Evin qarşısına gələrək onu gözləməyə başlayıb və hücum edib.

Padovani Matteussiyə əvvəlcə çəkiclə, daha sonra beysbol çubuğu və skamya ilə zərbələr endirib. Bu zaman Matteussi ilə telefonda danışan bacısı Stefaniya qadının kömək qışqırıqlarını eşidib.

“O, maşından düşüb qışqırmağa başladı. “Covanni, yox, sənə yalvarıram, mənə kömək et, telefonla danışırdım” dedi. Dərhal polisə zəng etdim”, – deyə Stefaniya yerli televiziyaya müsahibəsində bildirib.

Alessandra Matteussi hücumdan sağ çıxsa da, lakin aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, Padovani ayrıldıqdan sonra keçmiş sevgilisini mesajlar və zənglərlə narahat etməyə davam edib, hətta evinin eyvanına qalxmağa da çalışıb.

“Matteussi çox qorxurdu, çünki Padovani israr edirdi, qadın onu evə buraxmaq istəmirdi”, – deyə onun qonşusu qeyd edib.

Məhkəmə zamanı Padovani hücum zamanı psixi cəhətdən sağlam olmadığını, sağlam ruhi vəziyyətdə olan şəxsin belə cinayət törətməsinin mümkünsüz olduğunu bildirib.

“Əgər mən tam şüurlu vəziyyətdə olsaydım, həbsxana həyatına layiq olardım. Mən buna layiq deyiləm. Mən kabus görürəm, bağışlayın, bu, həbsxanadan da pisdir”, – deyə o özünə bəraət qazandırmağa çalışıb.

Related posts

ABŞ-də futbol meydançası çökdü, altında görün nə var imiş – VİDEO

NBA tarixində ilk: Atasına görə oğlunu da transfer etdilər – FOTO

“Google Translate”də möhtəşəm YENİLİK