Qətifdə Məhərrəmlik mərasimlərinin qadağan edilməsi

Qafqaztimes xəbər verir ki, Səudiyyə rəsmiləri, dini azadlıqlara edilən basqıların ardınca Məhərrəm ayının əvvəlindən etibarən şiələrə qarşı təzyiqləri gücləndirib.

Əl-Əhd-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Təhlükəsizlik və Kəşfiyyat Polisi “Əl-Məsələ” məscidi və İmam Hüseyn (ə) hüseyniyyəsinin məsul şəxslərini çağıraraq hər birinə 60000 Səudiyyə rialı (təxminən 16000 dollar) cərimə yazıb.

Məlumata görə, onlardan Məhərrəm ayı gecələrində keçiriləcək yas mərasimlərini ləğv etmək barədə öhdəliklər də alınıb.

Əl-Əhd əlavə edib ki, Qətif bölgəsi əhalisi Səudiyyə rəsmilərinin Məhərrəmlik mərasimləri, əza bannerlərinin quraşdırılması və sairlə bağlı sərt davranışlarından əziyyət çəkir.

Buna misal olaraq Səudiyyə rejiminin bu yaxınlarda Qətif əyalətinin Əl-Əvamiyyə şəhərində yerləşən İmam Hüseyn (ə) məscidini buldozerlə dağıtmasını qeyd etmək olar.

Bundan əlavə indiyə qədər bölgədə onlarla şiə həbs edilib. Səudiyyə Ərəbistanında şiə fəalları və Səudiyyə hökumətinin müxaliflərinə qarşı həbslər həmişə olub, lakin 2017 -ci ilin iyununda Məhəmməd bin Salmanın vəliəhdliyə gəlməsindən sonra müxaliflərin həbsi və repressiyası tendensiyası xeyli artıb. Belə ki, 2019 -cu ilin may ayında 37 nəfər şiə edama məhkum olunmuşdur.

Related posts

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq

Sara Netanyahu mühakimə olunacaq!