Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

ghatar

Qətər Xarici İşlər Nazirliyi bəyanat yayaraq sionist rejim ordusunun Qəzzə zolağının cənubunda Rəfah şəhərinin şərqinə hücumunu və didərginləri bu şəhərdən çıxarmaq barədə təhdidlərini pisləyib.

Təsnim İnformsiya Agentliyinin məlumatına əsasən, rəsmi Doha bu gün (8 may) İsrail rejimindən Qəzzəyə hava hücumlarını dərhal dayandırmasını, fələstinli mülki şəxslərə qarşı cinayətlərinə son qoymasını tələb edib.

Qətər XİN-i həmçinin Tel Əvivdən Rəfəh əhalisini şəhərdən qovmaqla təhdid etməsini beynəlxalq qanunlara zidd olduğunu, bunun mühasirədə və aclıqla əlbəyaxada olan Qəzzə zolağındakı vəziyyətin daha da böhranlı etməsinə səbəb olduğunu vurğulayıb.

Məlumatlara görə, sionistlərin oktyabrın 7-də Qəzzəyə hücumunun başlamasından bu yana 14 mindən çox uşaq şəhid olub.

Qadınlar və uşaqlar sionist rejimin Qəzza zolağındakı vəhşiliyinin əsas qurbanları sırasındadır. Lakin beynəlxalq ictimaiyyətin, xüsusən də Qərb dövlətlərinin bu sahədə baş verən faciələrə susması ictimaiyyətin qəzəbinə səbəb olub. Bu arada beynəlxalq qurumlar Rəfaha hücumun nəticələri barədə davamlı olaraq xəbərdarlıq edir!

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib