Qətər rəsmisi işğal olunmuş torpaqlara getdi

Sionist rejim informasiya qaynaqları Qətər Məhəmməd Əl-İmadini işğal olunmuş torpaqlara səfir kimi göndərdiyindən xəbər verirlər.

Əl-Aləm telekanalının məlumatına əsasən, Qətər səfirinin Qəzza zolağına getmə ehtimalı da var.

Məlumatlı qaynaqların dediyinə görə Əl İmadinin bu səfərinin səbəbi mübarək Ramazan ayında sionistlərlə fələstinlilərin arasında gərginliyin artmaması üçün Tel-Əviv rəsmiləri ilə danışıqlar məqsədi güdür.

Son günlərdə Həmas siyasi bürosunun rəhbəri Xalid Məşəl Ramazan ayında fələstinlilərlə sionistlər arasında gərginliyin artmasından nigarançılığını gizlətməmiş, fələstinlilərin vəhdət yaradıb qəsbkar rejimə qarşı müqavimətlərini davam etdirmələrini istəmişdi.

Qeyd edək ki, son zamanlar İordan çayının qərb sahilində anti-sionist əməliyyatlar kulminasiya həddinə çatıb. Amma əvvələr bu gərginlik sadəcə işğal olunmuş torpaqlar və Qəzzədə müşahidə olunurdu.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur