Qətər Məscidül Əqsaya hörmətsiliyə görə xəbərdarlıq etdi

Qətər Məscidül Əqsaya hörmətsiliyə görə xəbərdarlıq etdi

Qətərin xarici işlər nazirliyi sionist rejim hərbçilərinin Məscidül Əqsaya dəfələrlə hücumu və bu müqəddəs məkana qarşı hörmətsizliyinə reaksiya olaraq Tel Əvivə xəbərdarlıq edib.

İRNA-nın məlumatına əsasən, Qətər XİN-i bu gün (6 iyun) bəyanat yayaraq sionist rejim müharibə kabineti, Knesset üzvləri və sionist qəsəbə sakinlərinin Məscidül Əqsaya hücumlarını pisləyib.

Bəyanatda deyilir: Biz işğal olunmuş Fələstin ərazilərində İsrailin ekstremist siyasətlərinə görə xəbərdarlıq edir, tarixi və müqəddəs Məscidül Əqsanın şəninə uyğun olmayan rəftarları sərt tənqid edirik.

Bəyanatda həmçinin deyilir: Bu rəftarlar təkcə Məscidül Əqsaya deyil, milyinlarla müsəlmanın mənəviyyatına təcavüz kimi qiymətləndirilir.

Qeyde edək ki, sionist qəsəbə sakinləri dünən (5 iyun)Məscidül Əqsaya yürüş edərək müsəlmanların tarixi-müqəddəs məkanına hörmətsilik ediblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib