Qətər əmiri Almaniya prezidentini qarşılamağa gəlmədi: Təyyarənin qapısında gözlətdi – FOTO/VİDEO

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İsrail və Omandan sonra Qətərə işgüzar səfər edib.

Səfərin məqsədi Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə Qəzzadakı hadisələri müzakirə etmək olub. Lakin Dohaya enən Ştaynmayer hava limanında xoşagəlməz hadisə ilə qarşılaşıb.

Belə ki, Almaniya prezidenti heç bir rəsmi nümayəndə tərəfindən qarşılanmayıb.

Qətərin xarici işlər naziri Sultan bin Saad Əl Muraiqhi onu qarşılamağa gəlmədiyi üçün Frank-Valter Ştaynmayer yarım saat təyyarənin pilləkənlərində gözləməli olub.

Hava limanına yalnız Almaniyanın Qətərdəki səfiri Lothar Freyşlader gəlib.

Ştaynmayer hökumət təyyarəsinin qapısında qollarını sinəsində çarpazlayaraq gözləməyə başlayıb və bu əsnada Lothar Freyşlader də onun yanında dayanıb.

Bir müddət sonra Qətər xarici işlər naziri Sultan bin Saad Əl Muraiqhi gəlib və onlar Əmir Təmim bin Həməd Al Tani ilə görüşmək üçün yola düşüblər.

Görüş zamanı regional və beynəlxalq gündəmdə duran məsələlər və hadisələr, xüsusilə Qəzza zolağı və Fələstin ərazilərindəki vəziyyət müzakirə edilib.

Digər tərəfdən, alman mətbuatında dərc olunan xəbərlərdə Almaniya hökumətinin İsraili dəstəklədiyi xatırladılıb və yaşanan hadisənin də bu dəstəyə verilən reaksiya olduğu qeyd edilib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

3 şərhlər

best gold ira companies Dekabr 2, 2023 - 10:37 axşam

Hi there friends, pleasant paragraph and nice arguments commented here, I am
really enjoying by these.

Autokauf Dekabr 3, 2023 - 7:38 axşam

Thank you for any other informative site. Where else may just I am getting
that type of info written in such a perfect
way? I’ve a project that I am simply now working on, and I have been on the look out for such info.

Darrin Dekabr 3, 2023 - 11:44 axşam

Admiring the dedication you put into your blog and detailed information you offer.

It’s good to come across a blog every once in a while that isn’t the same
outdated rehashed information. Excellent read! I’ve saved your site and I’m adding your RSS
feeds to my Google account.

Add Comment