Qəribə hadisə: Çoxtonluq polad çən qəflətən öz-özünə kiçildi – VİDEO

ABŞ-ın Minnesota ştatının Preston şəhərində yerləşən dayanacaqda qəribə hadisə baş verib. Tankerin sürücüsü kabinəyə daxil olmaq istədiyi zaman maşının arxasındakı çoxtonluq nəhəng polad çən bir saniyə içində alüminium qutu kimi kiçilib. Qorxan sürücü dərhal maşından uzaqlaşıb. Lakin hər hansı başqa hadisə baş verməyib.

Çox güman ki, çən boşaldılan zaman içəriyə hava vurulmayıb. Nəticədə yaranan vakuum poladın müqavimətindən daha güclü olub. Metal atmosfer təzyiqinə tab gətirə bilməyib və içəriyə doğru əyilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi