Qərbin Ukraynadakı müharibənin növbəti mərhələsi üçün planı

QafqazTimes xəbər verir ki, Amerikanın “The New York Times” qəzetinin yazdığına görə, amerikalı ekspertlər və analitiklər Ukraynada müharibə prosesinin dalana dirəndiyini düşünürlər və bu vəziyyətdən çıxmaq üçün onlar Ukrayna ordusunun çoxtərəfli manevrlər keçirmək üçün təlimlərini gücləndirməyə çalışırlar.

“The New York Times” öz məqaləsində etiraf edir: “Qərbin Ukraynaya qabaqcıl döyüş tankları verməsi ilə bağlı bütün hay-küylərə baxmayaraq, onlar Kiyevin bu müharibədə qalib gəlməsinə kömək etmək üçün sehrli həll yolu olmayacaq. Əvəzində ABŞ ordusu növbəti dəfə Ukrayna ordusunu öz təsəvvürü ilə yenidən qurmağa çalışır ki, ölkəyə Rusiyanın möhkəmlənmiş hərbi mövqelərini sındırmaq üçün şans versin.”

The New York Times analitikləri bu məqalədə bildirirlər ki, Birləşmiş Ştatlar və müttəfiqləri piyada, tank və artilleriyadan istifadə də daxil olmaqla, döyüş manevrləri üzrə təlim verməklə Ukraynada müharibənin gedişatını dəyişməyə çalışırlar.

“The New York Times” yazıb: “ABŞ və onun müttəfiqləri Ukrayna ordusunun yenidən qurulması üçün nəinki vəd edilmiş yeni tanklar və zirehli maşınlar təqdim edəcək, həm də Ukrayna ordusunu bütün yeni texnikanın birgə istifadəsi üçün təlim proqramı ilə təmin edəcək. Bu, ABŞ ordusunun Birləşmiş Silahlarla Müharibə adlandırdığı xüsusi intensiv təlim proqramıdır və ABŞ bölmələrinə bu döyüş tərzini mənimsəmək üçün verilən proqram illərlə olmasa da, aylarla zaman lazım olur.”

Related posts

İnsanlığa xəyanət…

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb