Qərbin İsraili dəstəkləməsinin səbəbi onun qərb kimliyinin bir parçası olmasıdır

Höccətül-islam Əhməd Vaezi bazar ertəsi Qumun Qədir Beynəlxalq Konfrans Salonunda keçirilən “Hizbullah diridir” konfransında deyib:
Bu fədakarlıqlar, İmam Xomeyninin (r) bərəkətlərindən biridir və şəhidlər onun məktəbinin şagirdi olmaq şərəfinə nail olurlar.
O dedi: Hizbullahın İsrailə qarşı müqaviməti və fədakarlığı ərəb, İslam və hətta Qərb ölkələrinin gənclərini Seyid Həsən Nəsrullaha aşiq etdi.
Höccətül-İslam Vaezi dedi: Şəhid Nəsrullah deyirdi ki, bütün şərəflər ali Rəhbərin, vilayəti-fəqihin nüfuzu, ilahi rəhbərliyin hidayəti və şəhidlər İmamının bizə görsətdiyi işıqlı yola görədir.

İslami Təbliğat İdarəsinin rəisi deyib: Amerika sionist rejimin cinayətlərində birinci dərəcəli tərəfdaşdır.
Başda Amerika olmaqla, kibrli cəbhə heç bir sahədə İsraili dəstəkləməkdən çəkinməyib və rəsmi məlumatlara görə, son on ayda İsrailə Qərb ölkələrindən 600 hərbi yük gəlib.

O, davam etdi: Amerika son on ayda İsrailə 75 min ton bomba verib və bu Qəzzədə adambaşına 35 bomba edir.
İsrail Qərb coğrafiyasının bir hissəsi olmasa da, Qərb mədəniyyətinin bir hissəsidir.

Höccətül-islam Vaezi bəyan etdi: Amerikalıların və qərblilərin sionist İsrailə dəstəyinin sirri ondan ibarətdir ki, İsrail fikri və kimlik baxımından Qərb reallığının bir parçasıdır.

Qafqaztimes

mehr

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı

1 şərh

Affordable business consulting services Oktyabr 28, 2024 - 3:54 axşam

Thanks for sharing your expertise with us!

Add Comment