Qərb sahilində müqavimətin uğurlu insidenti

Sionist rejim mediaları İordan çayının qərb sahilində baş verən silahlı atışmada 2 sionist qəsəbə sakininin həlak olduğundan xəbər verirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (19 avqust) Qərb sahilinin şimalında yerləşən Həvvarədə silahlı insidentdə 2 qəsəbə sakini ağır yaralanaraq xəstəxanaya köçürülüb.

Bəzi qaynaqlar yaralıların həlak olduğunu desə də, ordu sözçüsü bu barədə heç bir məlumat verməyib.

Sionist ordusunun verdiyi xəbərə görə silahlılar hadisədən bilafasilə məkanı tərk edib və hərbçilər ətraf əraziləri nəzarətə alıb.

Deyilənlərə görə insident çox diqqət və sürətlə yerinə yetirilib və “Davud Ulduzu” təcili yardım qrupu yaralıların həlak olduğunu elan edib.

Həmas sözçüsü Əbdül Lətif Əl Qanu bəyanat yayaraq bu uğurlu insidentə görə fələstinliləri təbrik edərək deyib: Bu əməliyyat Fələstin xalqı hüquqlarının müdafiəsi, işğalçı rejim cinayətlərinə kiçik bir cavab və Məscidül Əqsanın yəhudiləşdirilmə təhlükəsindən qorumaq üçün müqavimət vədlərinin bəhrəsidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur