Qərb sahilində 2 fələstinli şəhid oldu

Sionist İsrail rejiminin İordan çayı qərb sahilində bu gün (14 fevral) silahlı hücumunda 2 fələstinli gənc şəhid olub.

Əl-Aləm telekanalının məlumatına əsasən, hücum Tubas və Əl-Xəlil məntəqələrində baş verib.

Fələstin səhiyyə nazirliyi elan edib: Ə-Fariə düşərgə sakini 17 yaşlı Mahmud Macid Məhəmməd Əl-Abidi Tubasda güllə ilə baş nahiyəsindən güllə ilə vurularaq şəhid edilib. Keçən il də sionistlərin gülləsinə tuş gəlib yaralanan Harun Əbu İram da bu silahlı hücumda şəhid olub.

Yerli qaynaqların məlumatına görə işğalçə rejim hərbçiləri Əl-Fariə düşərgəsinə Səmir Əl-Xətibin mənzilinə hücum edərən bir fələsinlini də yaralayıblar.

Qeyd edək ki, Əl-Fariə düşərgəsinə basqın edən sionist rejim hərbçiləri müqavimət dəstələrinin qarşıdurmasında geri çəkilməyə məcbur olublar.

Related posts

Sorğu: İsraillilərin 65%-i məğlub olduqlarını düşünür

Smotriç: Qəzzə zolağına tam nəzarət üçün cəmiyyətin yarısını ləğv etmək lazımdır

İsrailin BMT-dəki səfiri: Livanda atəşkəs sazişi hələ yekunlaşmayıb, amma yaxındır!