Qərb dövlətləri ifrat sağçı sionist nazirlərə sanksiya tətbiq etdi

Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç İsrailin ifrat sağçı nazirləri — təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı səyahət qadağası və maliyyə aktivlərinin dondurulmasını əhatə edən sanksiyalar tətbiq edib. Bu qərar, Qəzzadakı humanitar böhran və İordan çayının qərb sahilindəki məskunlaşma zorakılığı fonunda İsrail hökumətinə qarşı Qərbin təzyiqlərinin artdığını göstərir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, adıçəkilən şəxslər fələstinlilərə qarşı ciddi insan haqları pozuntularına və ekstremist zorakılığa təhrik ediblər. ABŞ isə bu addımı pisləyərək HƏMAS-ın deyil, israilli siyasətçilərin hədəf alınmasını tənqid edib.

Fransa sanksiyalara qoşulmasa da, digər ölkələr kimi İsrailə qarşı mövqeyini sərtləşdirir. Bu addım, həmçinin bəzi Avropa ölkələrinin Fələstin dövlətini tanımaq istiqamətində atdığı addımlar fonunda atılıb.

İsrail isə bu qərarı “qəbuledilməz” adlandıraraq cavab tədbirləri müzakirə edəcəyini bildirib. Sanksiyaların siyasi kursu dəyişib-dəyişməyəcəyi sual altındadır, lakin ekspertlər bu addımı İsrailin beynəlxalq təcridinin dərinləşməsi kimi qiymətləndirir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib