Qələbə şənlikləri zamanı mafiya başçısının oğlu güllələndi – FOTO

A Seriyasında “Napoli” futbol klubunun qələbəsinin qeyd edildiyi şənliklər zamanı Neapolitan mafiyasının başçısının oğlu öldürülüb.

26 yaşlı oğlan şəhərin küçələrində güllələnib. Qətlə yetirilən şəxsin – Vinçenzo Kostansonun kriminal keçmişi olub. Yerli polis onu yaxşı tanıyırmış. Belə ki, o, Pontiçellidə mafiya başçısı hesab edilən Mauritsio Konstansonun oğlu olub.

Hadisə gecə saatlarında küçə şənlikləri zamanı – bütün şəhər sevimli komandasının qələbəsini qeyd etdiyi zaman baş verib. Neapolda tez-tez şad günlərdə havaya atəş açırlar. Kostanso ilə birlikdə daha 3 nəfər yaralanıb. Bununla belə müstəntiqlər bunun təsadüf olduğuna şübhə edirlər. Ölən oğlanın yaşadığı şəhərdə hələ də mafioz klanlar arasında çəkişmə davam edir.

Qeyd edək ki, “Napoli” futbol klubu 33 ildən sonra ilk dəfə çempion olub. Sonuncu dəfə bu titul 1990-cı ildə, Dieqo Maradona komandada oynadığı vaxt qazanılıb. “Napoli”nin ev oyunlarını keçirdiyi stadion indi bu məşhur futbolçunun adını daşıyır.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)