Qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu: İkisi qardaşdır – FOTO

Daşkəsəndə qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əmirvar kənd qəbiristanlığından oğurluq etməkdə şübhəli bilinən Daşkəsən rayon sakini Mətləb Əkbərov, Gəncə şəhər sakinləri olan qardaşlar Röyal və Hafiz Ocaqvediyev saxlanılıblar. Onlar müxtəlif vaxtlarda kənd qəbiristanlığındakı bir neçə qəbirin dəmir barmaqlarını oğurlayıblar. 

Şübhəli şəxslər saxlanılıblar, araşdırmalar davam etdirilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir