Qəbiristanlıqda əylənən yeniyetmələri tutub polis bölməsinə apardılar – VİDEO

Qəbiristanlıqda video çəkərək əylənən beş nəfər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasında bildirib ki, Suraxanı rayonunda yerləşən qəbiristanlıqlardan birində çəkilərək sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:

“Videonu lentə alan və orada olan beş nəfər yetkinlik yaşına çatmayan şəxs müəyyən olunaraq valideynlərinin iştirakı ilə polis bölməsinə gətiriliblər. Əməli törədənlərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir