Putinin 1990-cı ildəki vizit kartı hərracda satışa çıxarılıb – FOTO

Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin 1990-cı illərdə Leninqrad şəhər Xalq Deputatları Şurasında işlədiyi vaxtdan olan vizit kartı Sankt-Peterburqda keçirilən hərracda satışa qoyulub.

Putinin öz əli ilə yazılmış telefon nömrələri olan vizit kartda siyasətçinin ozamankı vəzifəsi də göstərilir: Leninqrad şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri.

Məlumata görə, lot üzrə ilkin maksimal təklif 2,8 min rubl (52,63 manat) təşkil edib.

Qeyd edək ki, vizit kartı dekabrın 24-də keçiriləcək hərracda əldə edilə bilər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi