Putindən Əliyevlə görüşdə maraqlı açıqlama: “Bərpa etməyə hazırlaşmırıq” (Video izlə)

Azərbaycanla Rusiya arasında müttəfiqlik Bəyannaməsi kifayət qədər əhatəli sənəddir.

Orada 40-a yaxın bənd var və müxtəlif sferaları əhatə edir. Prezident İlham Əliyev bu haqda Kremldə prezident Vladimir Putinlə görüşündə bildirib.

“Sənəd birmənalı olaraq çox müsbət əhəmiyyətə malik olacaq”, – o qeyd edib.

İlham Əliyev qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb və məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.

O, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.

***

Putin çıxışında Qərbin “Donetsk və Luqansk xalq respublikaları”nın tanınmasına görə Rusiyanı imperiya ambisiyalarında günahlandırmasına toxunub. “Dünən Rusiya Donbassın iki xalq respublikasının suverenliyini tanımaq qərarı verdi. Biz bu mövzuda spekulyasiyaların şahidi olduq, o baxımdan ki, Rusiyanı imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşmaqda günahlandırdılar. Bu, qətiyyən həqiqətə uyğun deyil”, – Putin bildirib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO