Putin üçün Quran açdılar və bu ayə ilə rastlaşdılar…- Video

Qafqaztimes xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda bu yaxınlarda tikilmiş İsa peyğəmbər məscidini ziyarət edib.

Putinə Quran hədiyyə edilib.

Quranın vərəqləri açılan zaman müfti Putin üçün Ənfal surəsindən “Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı” ayəsini oxuyub və onun mənasını rus dilinə tərcümə edib və bu ayə ilə rastlaşmağın da Allah tərəfindən kömək və qələbə müjdəsi olduğunu deyib.

Putin Quranı qucaqlayıb Kadırov və Çeçenistan müftisi ilə şəkil çəkdirməzdən əvvəl müqəddəs kitabı öpüb.

Qafqaztimes-Alalam

Related posts

Hizbullah: İsrail törətdiyi cinayətin əvəzini ağır ödəyəcək

İsrail ordusunda afrikalılar

Həmas llideri: Müqavimətin qüdrəti tükənməzdir