Putin: Rusiya ilə ABŞ arasındakı diplomatik əlaqələr minimum səviyyədədir

Qafqaztimes xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, ölkəsi ilə ABŞ arasındakı diplomatik əlaqələrin son illərdəki minimum səviyyəyə çatdığını söyləyib.

O, bu sözləri NBC xəbər telekanalına verdiyi eksklüziv bir müsahibəsində deyib.

Qeyd edək ki, 16 iyunda tarixində Putinin Cenevrədə Bayden ilə görüşməsi planlaşdırılır. Bundan bir neçə il öncə sabiq prezident ABŞ-ın keçmiş prezidenti Donald Trampla Helsinkidə görüşmüşdü.

Bundan əvvəl isə ABŞ rəhbərliyinin yüksək səviyyəli bir rəsmisi, ABŞ-ın iki ölkə prezidentlərinin görüşü çərçivəsində Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışmadığını söyləmişdir.

ABŞ rəsmisinin sözlərinə görə, iki ölkənin liderlərinin mövcud fikir ayrılıqlarını və mümkün olan əməkdaşlıq sahələrini müzakirə edəcəyi ehtimalı olsa da, bu görüşdə mühüm razılığın əldə olunmasını gözləmək lazım deyil.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib