Putin Mahmud Abbasla Qəzzə müharibəsindən danışdı

Rusiya prezidenti Fələstin Özünüidarə Təşkilatının başçısı ilə Qəzzə müharibəsinin dərhal dayandırılması və Fələstin konfliktinin siyasi çıxış yolları barədə müzakirə edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Kremlinin mətbuat katibi bu gün (22 dekabr) deyib: Prezident Vladimir Putin Mahmud Abbasla telefon söhbətində Qəzzə zolağının vəziyyəti barədə müzakirələr aparıb.

Dmitri Peskov deyib: Putin və Abbas son zamanlarda Fələstində baş verən misligörünməmiş müharibə, ilk növbədə Qəzzədəki gərgin vəziyyət müharibənin dərhal dayandırılmasını və  tezliklə İsrail-Fələstin münaqişəsi üçün siyasi çıxış yolları tapmaq zəruriliyini vurğulayıblar.

Sputnikin məlumatına görə Valdimir Putinin telefon danışığının məqsədi Qəzzədəki humanitar böhranına son qoyulması zəminində Rusiyanın gördyü tədbirləri Mahmud Abbasa çatdırmaq olub.

Kremlinin yaydığı bəyanata əsasən, Putin Abbası qarşılıqlı razılıq əsasında zaman əsasında Moskvaya dəvət edib və Moskvanın Qəzzə məsələsində Fələstin Özünüidarə Təşkilatı rəhbərliyinə dəstəyini vəd edib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir