Putin ilk dəfə Donbasda: Rusiya prezidenti Mariupola səfər edib (Video izlə)

Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Mariupola səfər edib. Bu, onun Donbasa ilk səfəridir.

“Rossiya-24” telekanalı ölkə başçısının səfərindən video yayımlayıb. Kadrlarda o, baş nazirin müavini Xusnullinlə maşında gəzir. Dövlət rəsmisi Putinə şəhərdə aparılan tikinti və bərpa işlərinin gedişi barədə məlumat verib.

Bildirilib ki, Putin helikopterlə şəhərə uçub və avtomobillə bir neçə rayonu gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib.

Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə onların evinə gedib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi