Putin: Biz sərhədlərimiz yaxınlığındakı hərbi təlimlərdən narahatıq

Qafqaztimes xəbər verir ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Ukrayna və onu dəstəkləyən dövlətlərin Rusiya sərhədi yaxınlığında hərbi fəaliyyətlərindən narahatlığını bildirib.

Putin deyib: “Onlar ilin əvvəlində Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsi barədə çox danışdılar, lakin bu baş vermədi.”

Sputnik-in məlumatına görə o, Ukrayna və onu dəstəkləyən ölkələrin hərbi fəaliyyətlərinə işarə edərək bildirib: “Rusiya öz sərhədləri yaxınlığında keçirilən hərbi manevrlərə, o cümlədən planlaşdırılmamış təlimlərə görə narahatdır.”

Rusiya prezidenti daha sonra Rusiyanın yeni səsdən sürətli roketərinin istehsalının NATO-nun son addımlarına cavab olduğunu bildirərək deyib: “Tezliklə biz Rusiyada maksimum 9 Max sürətə malik səsdən sürətli silahlarımızı təqdim edəcəyik.”

Məlumata görə, Putin həmçinin qeyd edib: “Ukraynada Moskvaya hədəflənmiş zərbə sistemləri və çevik reaksiya sistemləri müşahidə olunarsa, Rusiya buna cavab olaraq oxşar təhdidlərə əl atacaqdır”.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib