“Prius” əvvəlcə dirəyə, daha sonra keçidə çırpıldı – FOTO/VİDEO

Bakıda “Prius” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra keçidə çırpılıb.

Hadisə paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb, əvvəlcə dirəyə, daha sonra “Qış Parkı” ərzisindəki yeraltı keçidin tininə çırpılıb.

Taksi sürücüsünün sözlərinə görə, hadisə zamanı avtomobildə üç müştəri olub. Onlardan heç biri xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir