Prezidentin çıxışı zamanı şəhər meri “yoxa çıxdı” (Video izlə)

ABŞ Prezidenti Co Bayden Minnesotadakı zavodda çıxışı zamanı gözlənilmədən nitqinə fasilə verib.

Bu zaman prezident Minneapolis meri Ceykob Freyi xatırlayıb və onun harada olduğunu soruşub.

“Qardaşlaşmış şəhərlərin merləri də buradadır. Minneapolisdən olan Ceykob Frey… Haradasan, Ceykob? O burada idi. Düşünürəm ki, o mənim çıxış etdiyimdən xəbərdar idi”, – deyə Bayden təəccüblə bildirib.

Lakin Minneapolis meri Baydenə cavab verməyib. Çünki Ceykob Frey tədbirdə iştirak edən siyasətçilər arasında heç olmayıb.

Baydenin “Fox Business” kanalı tərəfindən yayımlanan bu çıxışı eyni zamanda Respublikaçılar Partiyasının Milli Komitəsinin “Twitter” hesabında da paylaşılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi