Prezident oyunçunu şillələdi: Futbol matçında qalmaqal – FOTO

Türkiyənin Yalova şəhərində keçirilən Super Həvəskarlar Liqasında qalmaqallı hadisə yaşanıb. “Yeşilovaspor” və “Çınarcık Belediyespor” komandaları arasında “Atatürk” stadionunda baş tutan matçda dava düşüb.

0:0 hesabı ilə bitən oyundan sonra futbolçular arasında gərginlik yaşanıb və bu zaman “Yeşilovaspor” klubunun prezidenti Yalçın Oruç meydançaya atılaraq “Çınarcıkspor”un futbolçusuna şillə vurub.

Hücuma məruz qalan futbolçu yıxılıb, klub prezidenti isə polis tərəfindən ərazidən uzaqlaşdırılıb. Sonra tribunada olan futbolçularla vətəndaşlar arasında da qarşıdurma yaranıb, məsələyə polis müdaxilə edib.

Hadisə zamanı bəzi azarkeşlərin də meydana endikləri müşahidə edilib.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi