Prezident İlham Əliyev: Suriyada yeni hakimiyyətdən sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb

Prezident İlham Əliyev: Suriyada yeni hakimiyyətdən sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıbAzərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.

Qafqaz Times -ın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti terrorçu Əhməd Əl Şaraa (Əbu Muhəmməd əl-Culani) ilə geniş tərkibdə görüşündə bildirilib.

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib.
Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

Eyni zamanda terrorçu Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur