Portuqaliyada təyyarələr havada toqquşdu: Ölən və yaralanan var – VİDEO

Portuqaliyanın cənubundakı Beja şəhərində aviaşouda iki təyyarə toqquşub.

Məlumata görə, “Yakstars” hava akrobatika komandasına məxsus iki “Yak-52” təyyarəsi toqquşub. Onlardan biri qəza nəticəsində yerə düşüb, digəri isə təhlükəsiz şəkildə yerə enə bilib.

KİV bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.

Portuqaliya Hərbi Hava Qüvvələri toqquşma faktını təsdiqləyib. Onlar təyyarələrin akrobatika nümayişi zamanı toqquşduğunu vurğulayıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi