Pompeo: “Həmişə qorxu içindəyəm”

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo yazdığı kitabda onu qoruyan təhlükəsizlik tədbirlərindən narazılığını gizlətməyərək deyib: Mağazadan evim üçün badımcan alarkən belə, təhlükəsizlik qüvvələri məni qoruyur”.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Mayk Pompeo yazdığı kitabda general Süleymaninin terrorundan sonra həmişə qorxu içində yaşadığını, intiqam alınacağından qorxduğunu etiraf edib.

Pompeo yazıb: Amerika general Süleymaninin terrorundan sonra rəsmi Tehrana bu hadisənin İran rejimini devirmək məqsədi olmadığı barədə xəbər göndərib. Həmçinin generalın terroru barədə ABŞ-ın qərbi Asiya müttəfiqlərinin də xəbəri var idi.

Kitabda yazılır: İsrail bu hadisədən sonra İranın onlardan da inqitaq alacağını ehtimal verirdi. Biz də Körfəzin (Fars) ərəb müttəfiqlərinə xəbərdarlıq etmişdik.

Keçmiş dövlət katibi həmçinin özü və ailəsinin ciddi təhlükəsizlik proqramlarından narazılığını bildirərək yazır: Həyat yoldaşımın hansı salona gedəcəyi barədə də qoruyucular qərar verirlər. Hansı badımcanı alacağımı da onlar seçirlər.

Xatırladaq ki, M.Pompeo və Brayan Hoggun qorunması üçün ABŞ gündə 2 milyon dollar xərcləyir.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))