Polşada polis Rusiya səfirliyinin nəzdindəki məktəbin qapısını sındırdı (Video izlə) 

Varşava meriyası polisin müşayiəti ilə Rusiya səfirliyinin nəzdindəki məktəbin qapısını sındıraraq içəri daxil olub. Bu, Rusiya tərəfinin təhsil müəssisəsinin qapısını açmaq barədə tələbə məhəl qoymamasından sonra baş verib. Hüquq-mühafizə orqanları daha sonra özləri darvazaya kilid vurublar.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Qeyd edək ki, Polşa hökuməti Rusiya səfirliyinin nəzdindəki məktəb binasını müsadirə etmək qərarına gəlib. Bununla bağlı Polşa Xarici İşlər Nazirliyi iki daşınmaz əmlak obyektinə qarşı icraatın başlanması təklifi ilə səlahiyyətli dövlət orqanlarına müraciət edib. Rusiya səfirliyinin sözçüsü Andrey Ordaş bildirib ki, Rusiya tərəfi binanın müsadirəsi ilə bağlı bütün qərarları qanunsuz hesab edir.

Polşa, həmçinin, Rusiya səfirliyinin hesablarındakı vəsaiti müsadirə etmək qərarına gəlib.

Related posts

Borcunu ödəməmək üçün üç dəfə soyadını dəyişdi: Rusiyada əcaib olay

Çaya görə “Ginnesin Rekordlar Kitabı”na düşənlər

NASA zondu öz rekordunu yenilədi: Günəşə ən yaxın məsafəyə çatdı