Politico: Pentaqonun Yaxın Şərqdə qüvvələrini gücləndirmək üçün imkanı yoxdur

Politico: Pentaqonun Yaxın Şərqdə qüvvələrini gücləndirmək üçün imkanı yoxdur

Politico jurnalı Amerikanın Qərbi Asiyada hərbi qüvvələrini gücləndirmək üçün kifayət qədər gücü olmadığından yazır.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Politico dünən (28 noyabr) yazıb: Amerika Qəzzə müharibəsində sionist rejimə göstərdiyi maddi yardımlar sayəsində Pentaqona ayırdığı büdcə Qərbi Asiyada qüvvələrinə gücləndirməyə çatmır.

Məlumata görə Pentaqonun bu il üçün ayrılmış büdcə məhduddur və gələn il büdcəsi də hələ təsdiqlənməyib.

Pentaqon sözçüsü Kris Şervud deyib: Orta Şərqdə eksklüsiv tədbirlər görmək üçün digər şöbələrdən azaldaraq xüsusi büdcənin təyin edilməsinə məcburuq. Elə bu səbəbdən də bəzi xərclərdən kəsib bu sahəyə qoymalıyıq.

Adının verilməsini istəməyən digər bir ABŞ rəsmisi isə sionist rejimə Qəzzənin cənubunda əməliyyatlara başlanılması barədə xəbərdarlıq edildiyini deyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib