Politico: Bayden dövləti Netanyahunun davam gətirməyəcəyinə inanır

Amerikanın keçmiş və indiki rəsmiləri Politico qəzetinə prezident Co Baydenin İsrail baş naziri Benyamin Netanyahunun bu vəziyyətə davam gətirə bilməyəcəyinə inandığından xəbər veriblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Politico-nun bu günkü (2 noyabr) nəşrində yazıb: Co Bayden və onun baş yardımçısı Netanyahunun gücünün bitəcəyini ehtimal edirlər.

ABŞ-ın keçmiş və indiki rəsmilərinin bu qəzetə verdikləri məlumata əsasən, Bayden hətta bu barədə Netanyahu ilə işğal olunmuş Fələstinə səfəri zamanı söhbət edib.

Politico 2 ABŞ rəsmisindən sitat gətirərək yazır: Bayden Netanyahuya özünə məcburi canişinin seçməsi barədə düşünməsini də təklif edib. Bu isə əslində “artıq hakimiyyət dövrün başa çatdı” mənasını daşıyır.

Politicoya görə Baydenin fikrincə Netanyahunun hakimiyyətdə qalmaq üçün artıq heç bir fürsəti qalmayıb və Ağ Ev onun maksimum bir neçə ay və yaxud Qəzzə müharibəsinin 1-ci mərhələsinin sonuna qədər hakimiyyətini qoruyub saxlaya biləcəyini proqnoz edir.

ABŞ rəsmiləri Netanyahunun laxlayan hakimiyyət kreslosu Amerikanı Qərbi Asiya məsələlərində artıq digər sionist siyasətçilərlə müzakirələrin başlamasına səbəb olub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib