Polis saçyolduya çıxan qadınlarla bağlı tədbir görüb (Video izlə)

Sosial şəbəkələrdə qadınların bir-biri ilə davalarını əks etdirən videolar yayılıb.

Bakıda çəkildiyi iddia edilən iki fərqli görüntüdən aydın olur ki, qadınlardan biri digərinə ciddi xəsarətlər yetirir.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, baş verən insidentdə tərəflərin şəxsiyyətləri artıq polis əməkdaşları tərəfindən müəyyən edilib.

Hadisə iştirakçısı olan qadınlar barəsində ərazi üzrə polis bölməsində qanunla nəzərdə tutulan qaydada müvafiq tədbir görülüb.

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik: 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir