Polis məmuru sevgilisi tərəfindən başından vuruldu – FOTO

Türkiyənin İstanbul şəhərinin Aksaray rayonunda 26 yaşlı Abdullah Eroğlu adlı polis məmuru sevgilisi tərəfindən öz tapançası ilə başından vurulub.

Hadisənin mübahisə zəminində mənzildə baş verdiyi bildirilir.

Polis bölməsində çalışan Abdullah Eroğlu ilə sevgilisi Aysel G. arasında naməlum səbəbdən mübahisə yaranıb. Bu zaman Aysel G. Eroğlunun tapançasını götürərək ona atəş açıb. Başından güllə yarası alan Eroğlu isə yerə yıxılıb.

Silah səsini eşidən qonşular polisə və sağlamlıq qruplarına xəbər veriblər. Abdullah Eroğlu hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onun səhhətinin ağır olduğu bildirilir.

Hadisəyə səbəb olan Aysel G. isə polis tərəfindən saxlanılıb. 

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi