Polis etirazçını huşunu itirənə qədər qəddarcasına döydü (Video izlə) 

Fransada hüquq-mühafizə orqanları əməkdaşının aksiyaçını huşunu itirənə qədər döyməsi barədə görüntülər yayılıb. Kadrlar Parisdə qeydə alınıb. Videoda polisin nümayişçilərdən birini yumruq və təpiklə döyməsi, sonra isə bütün bunları qeydə alan digər etirazçıya hücumu qeydə alınıb.

Xatırladaq ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Bu günə kimi aksiyalarda 200-dən çox etirazçı saxlanılıb.

Pensiya islahatlarına dair qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi