Polis cərimə yazdığı avtomobilin üstünə uzanaraq onu saxlamağa çalışıb. Hadisə Hindistanda baş verib. Belə ki, polis işçisi qaydaları pozan sürücünü saxlayaraq onu cərimələmək istəyib. Lakin sürücü buna məhəl qoymayıb. Belə olan halda polis avtomobilin üstünə atılıb. Sürücü isə maşını saxlamadan yola davam edib. Təxminən 4 kilometr məsadə qət etdikdən sonra avtomobil digər polislərin köməyilə şəhərin sıx nəqliyyat olan hissəsində dayandırılıb.