Polis aksiya keçirmək istəyənlərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi iyulun 20-də Nazirlər Kabinetinin önündə aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:

“İyulun 20-də bir qrup şəxsin Nazirlər Kabinetinin inzibati binasının önündə aksiya keçirmək barədə çağırışlara münasibət olaraq bildiririk ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın, kütləvi toplantının keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa, müvafiq tədbirlərlə qarşısı alınacaqdır”.

Xatırladaq ki, Tofiq Yaqublu iyunun 20-də quru sərhədlərin bağlanılmasına etiraz olaraq Nazirlər Kabinetinin önündə aksiya keçirəcəyini elan edib. Bununla bağlı icazə üçün əlaqədar təşkilatlara müraciəti isə rədd olunub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video