Pokemonsevərlərə bəd xəbər – FOTO/VİDEO

Yaponiyanın “Tokyo TV” telekanalı 26 il davam edən “Pokemon” cizgi serialının final seriyasını nümayiş etdirib.

Animasiya filmi ümumilikdə 25 mövsüm və 1 234 seriyadan ibarətdir.

Yayımlanan final epizodunda Eş adlı qəhrəmanın (Yapon versiyasında – Satosi) və onun dostu Pokemon Pikaçunun macəralarına son qoyulub.

Bununla belə, yaxın gələcəkdə Yaponiyada əfsanəvi kainata əsaslanan və “Pokemon Horizons” adlanacaq yeni serial nümayiş etdirilməyə başlanacaq. Tamaşaçılar yeni baş qəhrəmanlar qrupunu görəcəklər, lakin Eş və Pikaçunun da yeni macəralarda iştirakı istisna edilmir.

“Pokemon” 1996-cı ildə media nəhəngi “Nintendo” tərəfindən yaradılıb. Mövcud olduğu 26 il ərzində Pokemon televiziya seriallarının, anime filmlərinin, videolarının və kompüter oyunlarının qəhrəmanlarına çevrilib. Dostların macəralarından bəhs edən serial 192 ölkədə yayımlanıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi