Piyadaya yol vermək istədi – Maşınını vurub əzdilər (Video izlə)

Bakıda piyada keçidində qəza baş verib.

Bu gün günorta saatlarında Parlament prospektdində iki minik avtomobili toqquşub. Belə ki, “KİA” markalı, 77 DE 873 dövlət nömrə nişanlı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadalara yol vermək üçün maşını dayandırıb. Bu zaman arxadan gələn “Hyundai” markalı, 77 PX 452 dövlət nömrə nişanlı avtomobilin sürücüsü diqqətsizlik edərək “KİA”nı vurub. Zərbənin gücündən hər iki avtomobil yol əks tərəfinə çıxıb. 

Qəza nəticəsində hər iki avtomobili maddi ziyan dəyib.

Qəza yerindən görüntüləri təqdim edirik:

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO