Pis və “yaxşı” terror

Bütün terror dalğalarının ortaq cəhəti siyasi məqsədlərə çatmaqdır. İŞİD-in meydana çıxmasını Amerika siyasətinin kölgəsində meydana çıxan terrorizmin beşinci nəsli adlandırmaq olar.

XXI əsrdə Qərbin, xüsusilə Amerikanın terrora ikili yanaşması daha güclənib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə görə, İŞİD terrorunu Amerika yaradıb.

Eyni zamanda Amerika İŞİD terrorizmi ilə mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaradır və terrorla mübarizədə əsas iddiaçıdır. Qərb terrora qarşı mübarizə apardığını iddia edir, lakin SEPAH Qüds Qüvvələrinin mərhum komandiri general Qasım Süleymani, Həşd əl-Şaabi sədrinin mərhum müavini Əbu Mehdi Əl-Mühəndis və onların bir sıra yoldaşları ABŞ-ın keçmiş prezidenti Donald Trampın birbaşa əmri ilə İraqda qətlə yetirilir. Qərbin ikili yanaşması o qədər aşkar və açıqdır ki, hətta İŞİD-in məsuliyyətini öz üzərinə götürdüyü Şiraz terror hadisəsində də Qərb dövlətləri bu cinayəti pisləməkdə qətiyyətli mövqe tutmadılar. Terrorizmə Qərbin ikili yanaşmasının başqa bir təzahürü sionist Israil rejiminin terroruna icazə verilməsidir. Qərbin terrora ikili yanaşması ilə bağlı bir neçə səbəb qeyd etmək olar ki, bunlardan ən mühümləri bunlardır:

  1. Qərb heç vaxt öz strategiyalarında terrorun aradan qaldırılmasını ön planda tutmayıb, lakin terror və terrorizm Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın xarici siyasət alətinə çevrilib.
  2. Qərb dövlətlərinin, xüsusən də Amerikanın xarici siyasəti, əsasən, “üstünlük” yanaşmalarına əsaslanır. Buna əsasən, Qərb dövlətlərinin və onların müttəfiqlərinin maraqları digər ölkələrin, xüsusən də Qərbə qarşı çıxan dövlətlərin maraqlarından üstündür.
  3. İnsan hüquqlarının dəyər və normaları yalnız Qərb ölkələrinin vətəndaşlarına şamil edilir. Əslində, Qərbin insan haqlarına baxışı da ayrı-seçkiliyə əsaslanır. Bu baxışa əsasən sionist İsrail rejiminin Qəzzədə törətdiyi soyqırım qanuni müdafiə nümunəsidir, lakin Ukraynadakı vəziyyət Rusiya tərəfindən açıq şəkildə insan haqlarının pozulması nümunəsi hesab edilir.

Terrora qarşı qərbin ikili rəftarının mühüm nəticələri oldu. Bu ikili rəftar Qərbin insan haqları və terrorla mübarizə ilə bağlı mənəvi iddialarını alt-üst etdi. Digər tərəfdən, bu ikili yanaşma ekstremizmin artmasına və terrorun kəşfiyyat üstünlüyü iddiasına çevrilməsinə səbəb oldu. Sionist rejim bu istiqamətdə müqavimət komandirlərinin öldürülməsindən istifadə edir və bu cinayəti öz üstünlüyünün və kəşfiyyat gücünün nümunəsi adlandırır. Baxmayaraq ki, terror əməliyyatlarında iştirak etmək zəifliyin nəticəsidir və həm də hərbi əməliyyatlarda uğursuzluğa işarədir.

Amerikanın “Foreign Affairs” jurnalı sionist rejim tərəfindən şəhid İsmayıl Həniyyənin öldürülməsindən sonra öz təhlilində yazıb: “İsrail Həniyyənin öldürülməsi ilə İsrail ordusunun məğlubedilməz olması mesajını çatdırmağa çalışır, lakin bu cür hərəkətlər güc yox, zəifliyin göstəricisidr. Oktyabrın 7-də HƏMAS-ın hücumu İsrailin müdafiə vəziyyətinə ölümcül zərbə vurdu. “

Mehr

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya