Pirallahıda narkotacirdən külli miqdarda narkotik götürüldü – FOTO/VİDEO

Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacirdən 8 kiloqram heroin, marixuana və 220 ədəd prixotrop tərkibli həb aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib.

Tədbir nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd “Fenozepen” və 60 ədəd “Tramadol” həbi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı xarici ölkə vətəndaşından onlayn yolla Pirallahı rayonu və paytaxtın digər ərazilərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı toplanan materiallar Pirallahı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Salman Usmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Pirallahı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO