Qafqaztimes xəbər verir ki, İranın yeni azəribaycanlı prezidenti Məsud Pezeşkian Fələstin İslami Cihad Hərəkatının baş katibinə İran xalqının 14-cü prezident seçkilərində iştirakı ilə bağlı təbrik mesajına görə təşəkkür edib.
Məsud Pezeşkianın mesajının mətni belədir:
Allahın adı ilə
Hörmətli cənab Ziad Ən-Nəxalə
Hörmətli Fələstin İslami Cihad Hərəkatının Baş Katibi
Salam
Dəyərli mesajınız üçün təşəkkür edirik.
Bu gün qəsbkar sionist rejimin vəhşi təcavüzünə hər zamankındən daha çox məruz qalan və Allahın köməyi ilə misilsiz müqavimət göstərə bilən məzlum Qəzzə xalqı dünya ictimai rəyində düşmənlərə qarşı möhkəm dayanmağın və müsibətlər və sıxıntılar zamanı səbr etməyin bayraqdarları kimi tanınırlar.
İran xalqı və hökuməti mərhum İmam Xomeyninin göstərişlərinə və Ali Rəhbərin tövsiyələrinə əməl edərək, Fələstin xalqını himayə edir və onların Qüds şəhərinin azad edilməsi, sionist rejimin məhvi uğrunda mübarizəsini dəstəkləyir.
Əminəm ki, Fələstin xalqının mübarizəsi nəhayət öz məqsədinə çatacaq.
Uca Allahdan sizə və İslami Cihadın digər döyüşçülərinə izzət diləyirəm.
Məsud Pezeşkian
alalam