Qafqaztimes xəbər verir ki, İran prezidenti Əl-Dərc məhəlləsindəki fələstinli qaçqınlar məktəbinə vəhşicəsinə gecə hücumu və yüzdən çox qaçqının şəhadəti ilə bağlı deyib: Beynəlxalq ictimaiyyət və İslam ölkələri sionistlərin insanlığa qarşı cinayətlərinin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər.
Məsud Pezeşkian şənbə günü axşam saatlarında bəyanat verərək, sionist qəsbkar rejimin Əl-Dərc məhəlləsində fələstinli qaçqınların sığındığı məktəbə vəhşicəsinə gecə hücumunu və çox sayda insanı qətlə yetirməsini kəskin pisləyib. O bildirib: Sionist rejim Yalnız insan haqlarını iddia edən hökumətlərin dəstəyinin kölgəsi altında bu soyqırımları törədir. Bir tərəfdən sülh və atəşkəs üçün danışıqlar aparmağa çalışan və digər tərəfdən, bu vəhşi rejimi dəstəkləmək üçün heç bir məhdudiyyət görməyən hökumətlər İnsan haqları təlimlərinə və İslam mədəniyyəti və baxışına əsasən, bu ikili davranışları ilə bütün bu acı hadisələrdə uşaq öldürən rejimin şərikidirlər.