Pezeşkian: Birləşməsək, Qəzzə və Livandan sonra növbə digər İslam ölkələrində olacaq

Pezeşkian və Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan regionda və dünyada baş verən son hadisələri müzakirə edib məsləhətləşiblər.

Prezident Məsud Pezeşkian Dohada Feysəl bin Fərhan ilə görüşmüş, regionda və dünyada baş verən son hadisələri müzakirə etmişdir.

Pezeşkian bu görüşdə deyib: Biz İslam ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanı Krallığını öz qardaşımız hesab edirik və fikir ayrılıqlarını bir kənara qoymağın və daha sıx ünsiyyətin zəruriliyini vurğulayırıq.

O, İranın işğal olunmuş ərazilərə raket hücumuna toxunaraq qeyd edib: Biz regionda gərginliyin əleyhinəyik. Son əməliyyatlarımız işğalçıların cinayətlərinə qanuni cavab idi.

Prezident vurğuladı ki, Qəzza və Livan xalqları bizim qardaşımızdır və biz onların iztirablarına biganə qalmamalıyıq, Qəzzada baş verən kütləvi qətllər islam ölkələrinin diqqətsizliyinin nəticəsidir, əgər biz onların Qəzza və Livana təcavüzkar hücumlarına qarşı birləşməsək, sıra digər İslam ölkələrinə də çatacaq.

Qafqaztimes- Alalam

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib