Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

İran Prezidenti Pezeşkian təyyarə qəzası nəticəsində bir sıra Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və xalqına başsağlığı verib.

Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətində bildirib: Azərbaycan Respublikasının təyyarə qəzası xəbəri acı təəssürat yaratdı. Zati-alinizə və əziz Azərbaycan Respublikasının xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Ulu Tanrıdan həlak olanlara rəhmət, məğfirət, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Related posts

Ən gözəl dəvət – video

Tək silahımız səsimizdirsə…- video

Həcci əvəz edən əməl yoxdur