Pezeşkian: Amerika bizim devrilməmizi istəyir, danışıqları yox.

NBC-yə müsahibə verən İran prezidenti Pezeşkian deyib: Amerika bizim devrilməmizi istəyir, danışıqları yox. Biz müharibə istəmirik, amma müharibədən də qorxmuruq.
Güman edirik ki, biz nə qədər dialoq və danışıqlar aparsaq da, onlar problemləri həll etmək yox, hakimiyyəti devirmək istəyirlər.


Jahan News: Pezeşkian yeni danışıqlar haqqında amerikalıların öhdəliklərinin olmamasına işarə edərək dedi: “Bizim problemimiz dialoqda deyil, dialoq və danışıqlardan irəli gələn öhdəliklərə sadiq qalmaqdadır.”

Pezeşkian amerikalıların JCPOA-dan çıxmağını xatırladaraq, İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini və qarşı tərəfin öhdəliklərini pozduğunu vurğulayıb: “İran nüvə proqramı ilə bağlı böyük dövlətlərlə danışıqlar apararkən biz üzərimizə götürməli olduğumuz bütün öhdəliklərə sadiq qaldıq. Amma təəssüf ki, verdiyi vədlərə və öhdəliklərə əməl etməyən qarşı tərəf oldu”.

Qafqaztimes

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib