Pentaqon Tel Əvivin Sinvarın terroru barədə iddiasından sonra: Bizim iştirakımız yoxdur

Pentaqon Tel Əvivin Sinvarın terroru barədə iddiasından sonra: Bizim iştirakımız yoxdur

ABŞ müdafiə nazirliyinin sözçüsü Həmas lideri Yəhya Sinvarın terrorunda iştirakı olmadığını iddia etsə də prezident bunu etiraf edib.

İRNA-nın məlumatına əsasən, general Pet Rayder dünən axşam (17 oktyabr) deyib: Yəhya Sinvarın terrorunda ABŞ-ın birbaşa iştirakı olmayıb. Bu əməliyyat tamamilə İsrail tərəfindən icra edilib və amerika qüvvələrinə aidiyyatı yoxdur.

Amma Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatına əsasən prezident Co Bayden deyib: Mən tezliklə baş nazir Netanyahu ilə danışacağam ki, girovları ailələrinə qaytarmağın yollarını müzakirə edək və günahsız insanlara bu qədər dağıntı gətirən müharibəni birdəfəlik bitirək. İsrail tərəfi Qəzza zolağında keçirilən əməliyyat zamanı Sinvarın məhv edilməsi barədə öz milli təhlükəsizlik komandasını məlumatlandırıb və sonradan onun ölümü DNT testləri ilə təsdiqlənib.

O, həmçinin vurğulayıb ki, ABŞ kəşfiyyatı İsrail Müdafiə Qüvvələrinə Həmas liderlərinin izinə düşməyə kömək edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib