Pentaqon İsrailin İran qarşısında zəifliyindən nigarandır

Sionist informasiya qaynaqları İsrail ordusunda üsyan tipli hadisələrdən sonra rejimin İran əleyhinə çəkindirmə gücünün zəifləməsindən nigarançılığı səbəbinə ali rütbəli hərbi rəsmisini işğal olunmuş Fələstinə göndərir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən axşam Kan telekanalı  ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley gələn həftə işğal olunmuş torpaqlarına gedəcəyindən xəbər verib.

Məlumata görə bu səfərdə Mark Milley başda sionist rejim ordusunda yaranmış böhran olmaqla digər təhlükəsizlik problemlərinin həlli barədə müzakirələr aparacaq.

Mark Milleyin səfərinin digər səbəbləri isə sionist ordusundakı böhranın ABŞ qüvvələrinin Yaxın Şərqə yönləndirilməsində göstərəcək təsirin araşdırılmasıdır.

Deyilənlərə görə, Mark Milley israilli həmkarı ilə regional təhlükəsizlik məsələlərini həmçinin İranın regionda yaratdığı geniş spektrli təhdidlərdən müdafiə üçün ikitərəfli əməkdaşlıq və koordinasiya imkanlarını müzakirə edəcək.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir