Pentaqon: İranın İsrailə qarşı təhdidini ciddi qəbul edirik

Pentaqon: İranın İsrailə qarşı təhdidini ciddi qəbul edirik

Pentaqon sözçüsü jurnalistlərə İranın İsrail əleyhinə təhdidlərinin hələ də ciddi olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Patrik Rayder dünən (4 sentyabr) “Yaxın Şərqdə təhdid səviyyəsinin azalması zəminində dəyişikliyin olub-olmaması” barədə suallarını cavablandırarkən deyib: İranın qisas almaq məqsədi olduğunu nəzərə alaraq biz bu təhdidin ciddi olduğuna inanırıq.

Patrik Rayder həmçinin – Ötən10 gün ərzində Pentaqon hər hansı bir dəyişikliyin şahididirmi? – sualını – Biz İranın intiqam cavabına hazır olmalıyıq – deyə cavablandırıb.

Xatırladaq ki, İran İslam Respublikası Həmas lideri İsmail Həniyyən Tehranda şəhid edildikdən sonra ərazi bütövlüyünün pozulması və bu terrorun qisasını almağı öz qanuni haqqı hesab edir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir