Pentaqon: Hizbullahın hücumları genişmiqyaslı deyildi

Pentaqon: Hizbullahın hücumları genişmiqyaslı deyildi

Amerika Müdafiə Nazirliyinin mətbuat katibi Pentaqonun Yaxın Şərqdə deskalasiyadan çəkindirmək üçün yerləşdirdiyi hərbi texnikanın mövcudluğunu xatırladaraq Hizbullahın Ərbəin əməliyyatının əvvəlkilərə nisbətən bir o qədər də geniş miqyaslı olmadığını, sadəcə kiçik bir əməliyyat olduğunu deyib.

İRNA-nın bugünkü (28 avqust) məlumatına əsasən, Pet Rayder deyib: Pentaqon Yaxın Şərqdəki vəziyyəti yaxından izləməyə davam edir. ABŞ-ın hava və quru qüvvələri İsraili müdafiə etmək üçün regionda yerləşdirilib.

Pentaqon sözçüsü bu sözləri elə bir zamanda deyib ki, elə dünən Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi avqustun 26-da jurnalistlərə demişdi: Amerikanın Yaxın Şərqə göndərdiyi hərbi texnikaları qorumaq məcburiyyətində olduğunu da qeyd edərək demişdi ki, Hizbullahın “Ərbəin Əməliyyatı” o qədər geniş idi ki, ABŞ rəsmiləri anbaan İsraillə təmasda idi. Biz İranın İsrailə hücuma hazırlaşdığını fərz etmək məcburiyyətindəyik.

Xatırladaq ki, avqustun 25-də Livan Hizbullahı bir bəyanat yayaraq, sionist rejimə yüksək rütbəli komandanı Fuad Şükürün terroruna cavab olaraq düşmənin mövqelərinə 340 katyuşa və PUA-larla hücum edərək işğalçı rejimin hava hücumundan müdafiə sistemlərinin yayınaraq 11 baza və hərbi obyektini, eyni zamanda Təl-Əvivin şimalındakı iki mühüm mövqeyi hədəfə alıblar. 

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir