Pentaqon: F-16 Ukraynaya göndərilməyə bilər

QafqazTimes xəbər verir ki, ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kall bildirib ki, Vaşinqton F-16 qırıcılarını Ukraynaya göndərməyi prioritet hesab etmir və Ukrayna rəsmiləri onları heç vaxt əldə etməyə bilər.

“Tass” xəbər agentliyinin məlumatına görə, Kolin Kall ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında çıxışı zamanı bildirib ki, Vaşinqton hələ ki, ukraynalı pilotların təlimi ilə bağlı hər hansı proqrama başlamayıb.

ABŞ Müdafiə Nazirliyinin bu yüksək rütbəli rəsmisi bu görüşdə bildirib: “Biz hələ F-16 qırıcısının istifadəsi sahəsində Ukrayna hərbçilərinin təliminə başlamamışıq. Bizim qiymətləndirməmizə görə, bu qırıcıların çatdırılma cədvəli və təlim proqramının cədvəli əsasən eynidir və təxminən 18 aydır.”

ABŞ müdafiə nazirinin müavini bildirib ki, ABŞ və müttəfiqləri tərəfindən bu yeni nəsil qırıcıların Ukraynaya göndərilməsi ilə bağlı heç bir qərar verilməyib, ona görə də Ukrayna silahlı qüvvələrinin pilotları üçün təlim proqramına başlamaq mənasızdır.

Pentaqonun bu nümayəndəsi iddia edib ki, əslində ABŞ tərəfindən Ukrayna üçün yeni F-16 qırıcılarının istehsalı 3-6 il, köhnə modellərin çatdırılması isə ən azı bir il yarımdan iki ilədək vaxt aparacaq.

Kolin Kalla görə, Ukrayna xarici qırıcıların göndərilməsini əsas prioritet hesab edir. Buna görə də Ukrayna silahlı qüvvələri Amerika hakimiyyətindən 128 ədəd dördüncü nəsil hərbi təyyarələr almaq niyyətindədir. Amerika isə Kiyevin gələcəkdə 50-80 F-16 qırıcısına ehtiyac duyacağına inanır.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir